Bank Of Baku

Azərbaycan İnvestisiya Şirkəti ölkədə quru mal anbarlarının inşası layihəsindən imtina edib

Azərbaycan İnvestisiya Şirkəti ölkədə quru mal anbarlarının inşası layihəsindən imtina edib
# 19 iyul 2010 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin «Asnaf» mühəndislik şirkəti arasında Azərbaycanda quru mal anbarlarının inşası layihəsi reallaşmayacaq.

«APA-Economics»in məlumatına görə, bunu «Asnaf» şirkətinin Azərbaycandakı nümayəndəsi Şair Həsənov bildirib.

Onun sözlərinə görə, buna səbəb hazırda ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçıları məhsullarını müstəqil şəkildə saxlamağı üstünlük verir: «Məhz bu səbəbdən sözügedən layihə həyata keçirilməyəcək».

Qeyd edək ki, AİŞ və «Asnaf» şirkəti 2007-ci ilin iyunun 29-da Azərbaycanda quru mal anbarlarının inşasına dair memorandum imzalayıb. Memoranduma əsasən, tərəflər anbarların tikintisi və idarə edilməsi üçün əməliyyat şirkəti yaratmalı idi. Layihənin ilkin mərhələsi 20-25 mln. ABŞ dolları dəyərində qiymətləndirilirdi. AİŞ-in bu layihədə 25% iştirak payına sahib olacağı planlaşdırılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR