Bank Of Baku

Azərbaycanın əsas bentonit istehsalçısı ölkədə dəmir yolu tariflərinin yüksək olmasından narazıdır

Azərbaycanın əsas bentonit istehsalçısı ölkədə dəmir yolu tariflərinin yüksək olmasından narazıdır
# 19 iyul 2010 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın əsas bentonit istehsalçısı olan «AzRosPromİnvest» Azərbaycan-Rusiya birgə müəssisəsi ölkədə dəmir yolu tariflərinin yüksək olmasından narazıdır.

«APA-Economics»in məlumatına görə, birgə müəssisənin Direktorlar Şurasının sədri Natiq Şirinzadə qeyd edib ki, hazırda ölkədə dəmir yolu tarifləri hədindən artıq yüksəkdir. Belə ki, Ukrayna ilə müqayisədə Azərbaycanda bu tariflər 3 dəfə, Rusiya ilə müqayisədə isə 2 dəfə yüksəkdir: «Tariflərin aşağı salınması ilə bağlı biz «Azərbaycan Dəmir Yolları» QSC-yə müraciət etmişik, lakin bu addım heç bir effekt verməyib. QSC bunun Tarif Şurası tərəfindən müəyyənləşdiyini bildirir. Biz bu məsələ ilə bağlı dövlət başçısına müraciət etmək niyyətindəyik».

N.Şirinzadə onu da qeyd edib ki, hazırda Hindistan Ukraynaya bentonitin 1 tonunu 55 ABŞ dollarına çatdırır: «Biz isə yalnız dəmir yolu tariflərinə görə 57 dollar ödəyirik».

Qeyd edək ki, «AzRosProm İnvest» Azərbaycan-Rusiya birgə müəssisəsi Rusiyanın «Bentoni» elmi-istehsalat birliyi və Azərbaycanın «Daş-Salahlı» şirkəti tərəfindən yaradılıb. Müəssisəyə yatırılan investisiyanın həcmi 25,7 mln. dollar təşkil edib ki, Rusiya və Azərbaycan tərəfi bu müəssisədə 50% paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR