Bank Of Baku

Azərbaycan Almaniya və Skandinaviyaya bentonit ixrac edəcək

Azərbaycan Almaniya və Skandinaviyaya bentonit ixrac edəcək
# 19 iyul 2010 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın əsas bentonit istehsalçısı olan «AzRosPromİnvest» Azərbaycan-Rusiya birgə müəssisəsi Almaniya və Skandinaviya ölkələrinə bentonit istehsal edəcək.

«APA-Economics»in məlumatına görə, bunu birgə müəssisənin Direktorlar Şurasının sədri Natiq Şirinzadə bildirib.

Onun sözlərinə görə, «AzRosPromİnvest» tərəfindən artıq sözügedən ölkələrə nümunə üçün bentonit göndərilib və müsbət rəy alınıb: «Almaniya və Skandinaviya ölkələrində bentonitin qiyməti MDB ölkələri ilə müqayisədə bir qədər yüksəkdir. Bundan öncə biz Rusiya və Ukraynaya öz məhsullarımızı ixrac edirdik, lakin Azərbaycanda dəmir yolu tarifləri yüksək olduğundan ixrac heç bir effekt vermirdi. Hazırda Rusiya və Ukrayna bentoniti Hindistan və Yunanıstandan alır».

Qeyd edək ki, «AzRosPromİnvest» Azərbaycan-Rusiya birgə müəssisəsi Rusiyanın «Bentoni» elmi-istehsalat birliyi və Azərbaycanın «Daş-Salahlı» şirkəti tərəfindən yaradılıb. Müəssisəyə yatırılan investisiyanın həcmi 25,7 mln. dollar təşkil edib ki, Rusiya və Azərbaycan tərəfi bu müəssisədə 50% paya malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR