Bank Of Baku

Azərbaycanda 8 quşçuluq təsərrüfatı yaradılacaq

Azərbaycanda 8 quşçuluq təsərrüfatı yaradılacaq
# 20 iyul 2010 10:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, layihələrin elan olunmasına dair keçirilən tədbirdə çıxış edən SKMF-ın icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, hazırda Azərbaycanda istehsal olunan quşçuluq məhsulları ölkənin daxili tələbatının 74%-ni ödəyir, qalan 26%-i isə idxal hesabına ödənilir: «Yaxın vaxtlarda Azərbaycan daxili tələbatın 100%-ni özü ödəyəcək, həmçinin öz məhsullarını qonşu ölkələrə də ixrac edə biləcək».

Ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması və müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə SKMF-a sahibkarlar tərəfindən 12 təklif daxil olub ki, bunlardan 8-i seçilib (Xızı rayonu üzrə 2, Abşeron rayonu üzrə 3, İmişli, Salyan və İsmayıllı rayonlarının hər biri üzrə 1 layihə). Sözügedən layihələrin ümumi dəyəri 26,9 mln. manat təşkil edir və bu vəsaitin 17,4 mln. manatı sahibkarlara Fond tərəfindən güzəştli kredit şəklində veriləcək. Layihələrin icrasına artıq yaxın vaxtlar ərzində başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR