Bank Of Baku

Azərbaycanda yeni meyvə emalı müəssisələri tikiləcək

Azərbaycanda yeni meyvə emalı müəssisələri tikiləcək
# 20 iyul 2010 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkədə kiçik və orta həcmli meyvə emalı müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması layihələrinin qəbulunu elan edib.

«APA-Economics»in məlumatına görə, investisiya təklifləri üzüm, ərik, şaftalı, gavalı, almalı, gilas, alça, xurma, alma, armud, tut, və digər meyvələrin qurudulması və ya konservləşdirilməsi, o cümlədən mürəbbə, marinad, cem, jele və s. istehsalı özündə əks etdirməlidir.

Optimal müddətdə həyata keçirilməli olan investisiya təklifinin ümumi dəyərinin ən azı 40%-i sahibkarlıq subyektlərinin şəxsi vəsaiti, qalan hissəsi isə SKMF-ın güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarların investisiya təklifi zərflərinin açılma proseduru sentyabrın 21-də keçiriləcək.

Qeyd edək ki, ötən il Azərbaycanda 850,6 min ton meyvə istehsal olunub. Bu da 2008-ci illə müqayisədə 16,3% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR