Bank Of Baku

Azərbaycanda damazlıq yumurtaya olan ölkədaxili tələbat 2011-ci ildə tam ödəniləcək

Azərbaycanda damazlıq yumurtaya olan ölkədaxili tələbat 2011-ci ildə tam ödəniləcək
# 20 iyul 2010 10:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Artıq 2011-ci ildə Azərbaycan özünü damazlıq yumurta ilə tam təmin edəcək.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanda 52 min ton quş əti istehsal edilib. Bu məhsulun istehsalında istifadə olunan damazlıq quş yumurtasının təxminən 50%-i ölkəyə idxal olunub: «Lakin ölkədə ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması və müasir texnologiyaların tətbiqi nəticəsində idxal tam dayandırılacaq».

SKMF rəsmisi onu da qeyd edib ki, hazırda ölkədə ildə 28 mln. ədəd yumurta istehsal olunur və yeni damazlıq təsərrüfatlarının yaradılması nəticəsində bu göstəricinin 60 mln. ədədə çatacağı gözlənilir ki, bu sahədə də Azərbaycan öz daxili tələbatını tam ödəyəcək: «Damazlıq yumurta müəssisələrinin tikintisi yumurta ilə yanaşı, quş əti istehsalını da 10 mi tonlarla artıracaq. Hazırda ölkədə ildə 80 min ton quş əti istehlak olunur. Gələcəkdə bu göstərici tədricən artacaq. Biz bu sahədə də özümüzü tam təmin edəcəyik. Həmçinin gələcəkdə məhsullarımızı digər ölkələrə də ixrac edə biləcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR