Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin əsas hissəsi sahibkarlara bu ilin III rübündə veriləcək

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin əsas hissəsi sahibkarlara bu ilin III rübündə veriləcək
# 20 iyul 2010 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ölkədə fəaliyyət göstərən 600 sahibkarlıq subyektinə 50 mln. manat məbləğində güzəştli kreditlər verilib.

«APA-Economics»in məlumatına görə, bunu SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, cari ilin III rübü ərzində SKMF-ın vəsaitlərinin əsas hissəsi güzəştli kreditlər şəklində sahibkarlara ayrılacaq: «Bu ilin iyul, avqust və sentyabr ayları ərzində sahibkarlara 40-50 mln. manat məbləğində güzəştli kreditlər veriləcək. Fonda əlavə layihələr təqdim edilərsə və əlavə vəsaitə ehtiyac olarsa, buna dair tədbirlər görülüb sahibkarlara vəsait veriləcək».

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR