Bank Of Baku

Azərbaycanda daha bir dondurma şirkətinə maliyyə sanksiyası tətbiq edilib

Azərbaycanda daha bir dondurma şirkətinə maliyyə sanksiyası tətbiq edilib
# 21 iyul 2010 10:17 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə dondurma istehsal edən «SABA Şirkəti» MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində işə baxılmış və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə «SABA Şirkəti» MMC-yə 6,7 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR