Bank Of Baku

Cari ilin iyun ayı ərzində 40 təsərrüfat subyektində monitorinq aparılıb

Cari ilin iyun ayı ərzində 40 təsərrüfat subyektində monitorinq aparılıb
# 21 iyul 2010 13:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi cari ilin iyun ayı ərzində 13 müəssisədə məhsul istehsalı ilə bağlı nöqsanlar aşkar edib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları cari ilin iyun ayı ərzində ərzaq məhsulları istehsalı ilə məşğul olan 40 təsərrüfat subyektində monitorinq aparıb.

Yoxlamalar zamanı müəyyən olunub ki, 13 müəssisədə istehsal prosesinin qaydaları pozulub, məhsul istehsalı zamanı normativ sənədlərin tələblərinə əməl edilməyib, metroloji təminat isə qənaətbəxş olmayıb.

Bütün hallarda protokollar tərtib olunaraq təsərrüfat subyektləri rəhbərlərinə iradnamələr verilib, 10 müəssisəyə ölçmə vasitələrinin istifadəsini qadağan edən tələbnamə, 1-nə isə məhsul istehsalını qadağan edən tələbnamə verilib, cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR