Bank Of Baku

Yasamal rayonunda keyfiyyətsiz çörək istehsal edən müəssisə aşkarlanıb

Yasamal rayonunda keyfiyyətsiz çörək istehsal edən müəssisə aşkarlanıb
# 22 iyul 2010 09:17 (UTC +04:00)
Bakı. Məhbubə Quliyeva - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən fiziki şəxs N.Muxtarova məxsus dairəvi çörək istehsal edən müəssisədə qanun pozuntuları aşkar ediblər.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müəssisəyə baxış zamanı sexin şəraitinin qeyri-qənaətbəxş olduğu, çörəyin istehsalı və daşınmasının, xammalın saxlanmasının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub. Bundan başqa, çörək istehsalında istifadə olunan 10 ədəd 30 kq-lıq kisələrdə ümumi çəkisi 300 kq olan mənşəyi məlum olmayan xörək duzu müəyyən edilib. Təsərrüfat subyektində araşdırma davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR