Bank Of Baku

Gəncədə Azərbaycan-Almaniya biznes forumu keçirilib

Gəncədə Azərbaycan-Almaniya biznes forumu keçirilib
# 22 iyul 2010 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Gəncə şəhərində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirə Azərbaycan və Almaniya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, alternativ enerji, kənd təsərrüfatı, qida sənayesi, maliyyə, maşınqayırma, sənaye, neft-qaz və digər sahələrdə fəaliyyət göstərən iş adamları, ümumilikdə isə 100-ə yaxın iştirakçı qatılıb.

Biznes forumda çıxış edən Azpromo-nun prezidenti Adil Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Paşa Paşayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndəsi Andreas Neuman mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə Azpromo-nun İxrac Departamentinin direktoru Vüsal Kərimli təqdimatla çıxış edərək, Gəncə-Qazax iqtisadi regionunun investisiya imkanları, Azpromo-nun fəaliyyəti, yerli ixracatçılar və xarici investorlar üçün qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Biznes forum çərçivəsində həmçinin iş adamları arasında işgüzar görüşlər keçirilib, iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Gəncə-Qazax iqtisadi regionuna səfər çərçivəsində alman iş adamları bu bölgənin bir sıra istehsal müəssisələri ilə tanış olublar.

Qeyd edək ki, analoji tədbir iyulun 19-da Bakıda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR