Bank Of Baku

Azərbaycanda dondurma istehsalı ilə məşğul olan daha bir şirkət cərimələnib

Azərbaycanda dondurma istehsalı ilə məşğul olan daha bir şirkət cərimələnib
# 22 iyul 2010 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda dondurma istehsalı ilə məşğul olan daha bir müəssisəyə maliyyə sanksiyası tətbiq olunub.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə dondurma istehsal edən «Camal» MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb ki, Dövlət Xidmətində artıq işə baxılıb və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə «Camal» şirkətinə 4 min manat maliyyə sanksiyası tətbiq edilib, üzərində saxlama müddəti normativ sənədlərdə nəzərdə tutulmuş müddətlərdən artıq göstərilmiş 193 ədəd dondurma etiketi və 431 kq bükülmə materiallarının qanuna müvafiq qaydada məhv edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, iyulun 21-də analoji səbəblərə görə, dondurma fəaliyyəti ilə məşğul aoln «SABA Şirkəti» MMC-yə Dövlət Xidməti tərəfindən 6,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR