Bank Of Baku

«New World Trading Centre» MMC-nin marketlərində sertifikatsız məhsullar aşkarlanıb

«New World Trading Centre» MMC-nin marketlərində sertifikatsız məhsullar aşkarlanıb
# 23 iyul 2010 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «New World Trading Centre» MMC-nin marketlərində uyğunluq sertifikatı olmayan idxal məhsullarının satışı müəyyən olunub.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları quruma daxil olmuş rəsmi müraciət əsasında keçirdikləri monitorinq zamanı qanun pozuntusu müəyyən ediblər. Belə ki, «New World Trading Centre» MMC-nin Yasamal rayonu, İnşaatçılar prospekti, 31 və Səbayel rayonu, T.Əliyarbəyov küçəsi, 9 ünvanlarında yerləşən ticarət şəbəkələrində aparılmış araşdırma zamanı müəyyən olunub ki, xarici ölkələrin istehsalı olan idxal məhsullarının təhlükəsizliyini və keyfiyyətini əks etdirən sənədlər olmayıb. Sertifikatsız məhsul növlərinin markalanması Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun deyil.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və məhsulların partiya satışının qadağan olunması barədə tələbnamə verilib.

Komitənin cari ilin iyul ayının 22-si tarixli sərəncamına əsasən, Yasamal rayonu, İnşaatçılar prospekti, 31 ünvanında yerləşən marketdə təkrar araşdırma aparılıb və müəyyən olunub ki, məhsul partiyasının satışının qadağan edilməsi ilə bağlı verilmiş məcburi göstərişlər yerinə yetirilməyib. Qanun pozuntusu ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən protokol tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR