Bank Of Baku

Azərbaycanda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan 317 kq ərzaq malları aşkar edilib

Azərbaycanda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan 317 kq ərzaq malları aşkar edilib
# 26 iyul 2010 13:41 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keçirdiyi növbəti monitorinq zamanı 22 ticarət obyektində İnzibati Xətalar Məcəlləsinin qaydalarının pozulmasını halları aşkarlayıb. İİN-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bakının Nəsimi rayonu Cavadxan küçəsi, ev 24, mənzil 2 ünvanında yerləşən “Sarı market”də, 28 may küçəsi, 50 ünvanında yerləşən “Mətin market”də, Nərimanov rayonu Ak. H. Əliyev küçəsi, ev 55 ünvanında yerləşən “Çinar market”də, Atatürk prospekti, ev 31 ünvanında yerləşən “XXI əsr market”də, Ə. Ağaoğlu küçəsi, ev 9 ünvanında yerləşən “Səməd market”də, Həsənoğlu küçəsi, ev 16, mənzil 2 ünvanında yerləşən “Zəhra market”də, F. X. Xoyski prospekti, ev 99 ünvanında yerləşən “Ruslan market”də, F. X. Xoyski prospekti, ev 138a, mənzil 1 ünvanında yerləşən “Hüseyn market”də, Təbriz küçəsi, ev 99, mənzil 31 ünvanında yerləşən “Zəngəzur market”də, Ağa Nemətulla küçəsi, 45 ünvanında yerləşən “Qədir Xum” kafesində, Həsənoğlu küçəsi, ev 14A ünvanında yerləşən “Nərmin market”də, Ü. Bünyadzadə küçəsi, ev 5/27, mənzil 3 ünvanında Seyfəddin Alıyevə məxsus topdansatış obyektində, Ə. Rəcəbli prospekti, ev 59, 1960-cı məhəllədə yerləşən “Life market”də, Binəqədi rayonu 9-cu mikrorayon, H. Babaşov küçəsi, 11 ünvanında yerləşən “Zeytun market”də, Yasamal rayonu N. Hikmət küçəsi, ev 26, mənzil 76 ünvanında yerləşən “İdeal market”də, Qazax şəhəri H. Əliyev prospektində yerləşən “7 Qaya market”də, Ağstafa şəhəri H. Əliyev prospekti, 2 ünvanında Akif Ələkbərova məxsus mağazada, Mingəçevir şəhəri H. Əliyev prospekti, 53 ünvanında yerləşən “Sahibim” mağazasında, Puşkin küçəsi, 18 ünvanında yerləşən “Ramil market”də, Qusar rayonu Hil kəndində Şəfa Şıxzadayevaya məxsus mağazada, Daşkəsən rayonu H. Əliyev prospektində Natiq Nəbiyevə məxsus mağazada, Balakən şəhəri H. Əliyev prospektində Vaqif Bayramova məxsus mağazada ümumi çəkisi 317 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar edilib.

Bununla yanaşı, qeyd edilən obyektlərdə qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR