Bank Of Baku

Azərbaycanda orqanizm üçün təhlükəli duz istehsal edən müəssisə aşkarlanıb - FOTO

Azərbaycanda orqanizm üçün təhlükəli duz istehsal edən müəssisə aşkarlanıb - <font color=red>FOTO</font>
# 27 iyul 2010 06:50 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.

Aparılan araşdırmalar zamanı «Azəri-Şah» MMC-də Masazır qəsəbəsi ərazisində mövcud olan duz gölündən tədarük edilmiş 2 ton duz aşkar edilib. Müəyyən olunub ki, yodlaşdırılmış duz istehsalı üçün lazımi şərait olmadığı halda tədarük edilən duz sexdə emal olunaraq qablaşdırılır.

Komitənin məlumatında bildirilir ki, mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır. Eyni zamanda kalsium (Ca), maqnezium (Mg), sulfat ionlarının, dəmir-oksidin (FeO) və natrium-xloridin (NaCl) kütlə payı vaxtaşırı, 7 gündə bir dəfədən az olmayaraq təyin edilməlidir. Lakin adıçəkilən müəssisədə bütün bunların təyin edilməsi üçün laboratoriya mövcud olmayıb.

Bundan başqa, ticarət şəbəkəsindən götürülmüş «Azəri-Şah» MMC-nin istehsalı olan duz nümunəsinin üzərində saxlama müddəti 1 il qeyd olunub. Halbuki yodlaşdırılmış duz üçün mövcud olan standart AZS 280-2007 üzrə məhsulun saxlanılma müddəti 9 ay nəzərdə tutulur. Həmçinin, markalanmada qüvvədə olmayan normativ sənədə TŞ Az 00900003-17-2003 istinad olunaraq hazırlandığı qeyd edilib.

Hazırda Dövlət Komitəsi müəssidə araşdırmanı davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR