Bank Of Baku

Azərbaycanda «Russkiy xolod» dondurmalarının satışı qadağan olunub

Azərbaycanda «Russkiy xolod» dondurmalarının satışı qadağan olunub
# 27 iyul 2010 07:06 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.

SMPDK-in 1 saylı Dövlət Nəzarəti İdarəsinin dondurma idxalı ilə məşğul olan fiziki şəxs C.Cavadova məxsus müəssisədə (Nəsimi rayaonu, B.Mirzəyev küçəsi,24/133) apardığı araşdırma zamanı Rusiyadan «Russkiy xolod» əmtəə nişanlı dondurmaların idxalı zamanı AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərinin pozulduğu müəyyən olunub. Monitorinq zamanı məlum olub ki, idxal olunmuş məhsullar sertifikatlaşdırılmadan satışa çıxarılır.

Komitə «Russkiy xolod» əmtəə nişanlı «Yubileynoye», «Plombir SSSR», «Stoliçnoe eskimo», «Plombir «Nastoyaşiy», «Lakomka «Enerqo», «Lakomka «Traditsionnaya» dondurmalarının təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədləri olmadığını aşkarlayıb.

Komitə əməkdaşları tərəfindən idxalçı firmada aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək məhsulların satışının dayandırılması barədə müəssisə rəhbərinə göstərişlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR