Bank Of Baku

Azərbaycan alkoqollu içkilərin idxalını 27% azaldıb

Azərbaycan alkoqollu içkilərin idxalını 27% azaldıb
# 27 iyul 2010 08:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycana 746 681,9 litr spirt və 2 804 071,8 litr alkoqollu içki idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə spirt idxalı 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 17,9% artıb, alkoqollu içkilərin idxalı isə 26,8% azalıb.

Ümumilikdə, cari ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunmuş spirtin dəyəri 613,6 min ABŞ dolları, alkoqollu içkilərin dəyəri isə 4 436,3 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR