Bank Of Baku

Bakıda standarta cavab verməyən çörək istehsalı aşkarlanıb

Bakıda standarta cavab verməyən çörək istehsalı aşkarlanıb
# 27 iyul 2010 08:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində fəaliyyət göstərən «Sərham» MMC-də standartın tələblərinə cavab verməyən çörək istehsalı aşkar olunub. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.

SMPDK-in 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev,00/37 ünvanında yerləşən dairəvi çörək istehsalı ilə məşğul olan «Sərham» MMC-də apardığı araşdırmalar zamanı çörəyin istehsalı zamanı istifadə olunan xammalların (un və duz) normativ sənədlərin tələblərinə uyğun saxlanılmadığı müəyyən olunub. Sexdə araşdırma zamanı çörəyin hazırlanmasında istifadə olunan mənşəyi məlum olmayan çəkisi 50 kq olan 30 kisə un və çəkisi 30 kq olan 43 kisə duz aşkar edilib.

Müəssisədə istehsal olunan çörəyin sınağı üçün mövcud olan laboratoriya tələblərə cavab verməyib. Çörəyin müayinəsinin mütəmadi aparılmadığı və bununla da çörəyin keyfiyyətinə təminat verilmədiyi məlum olub. Belə ki, sexdə çörəyin istehsalı zamanı normativ sənədin (QOST 28808-90) tələblərindən kənara çıxılıb, normativ sənəddə nəzərdə tutulmayan sirkə turşusundan (uksusdan) çörəyin turşuluğunun artırılması və göbələk xəstəliyinin qarşısının alınması məqsədi ilə istifadə olunduğu müəyyən olunub. Müəssisədəki nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR