Bank Of Baku

Azərbaycanda bir neçə şirələrin insan sağlamlığı üçün təhlükəli olması müəyyənləşib

Azərbaycanda bir neçə şirələrin insan sağlamlığı üçün təhlükəli olması müəyyənləşib
# 27 iyul 2010 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti «Bakı KEL» kiçik müəssisəsində istehsal olunan qazlı sularda nöqsanlar aşkarlayıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Xidməti tərəfindən adıçəkilən müəssisədə istehsal olunan «Prince», «KEL», «Premyer» adlı nektarlardan, «Aroma» adlı şirə və nektarlardan, «Aqua Lux» adlı qazlı sulardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən «Aroma» adlı nektar və şirələrdə, «KEL», «Prince» adlı nektarlarda quru maddənin kütlə payının normadan az, titirlənən turşuların payının normadan çox olduğu, «Aqua Lux» adlı qazlı sularda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu və bu məhsulların insan sağlamlığı üçün təhlükəli olması müəyyənləşib.

Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında satışı dayandırılıb və insan orqanizmi üçün təhlükəli olan 17 ton nektar, şirə və qazlı suların məhv edilməsi barədə «Bakı KEL» kiçik müəssisəsinə icrası məcburi göstəriş verilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları «Bakı KEL» kiçik müəssisəsində istehsal edilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli nektar, şirə və qazlı suları almamağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR