Bank Of Baku

İstanbulda Hindistan-MDB biznes forumu keçiriləcək

İstanbulda Hindistan-MDB biznes forumu keçiriləcək
# 27 iyul 2010 17:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementiyeva - APA. Bu ilin avqust ayında İstanbulda (Türkiyə) Hindistan-MDB biznes forumu keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou məlumat verib.

Səfir bildirib ki, avqustun 24-25-də İstanbuldə keçiriləcək biznes forumda MDB-dən, Hindistandan və Türkiyədən 100-dən çox şirkət və təşkilatın rəsmi nümayəndələri iştirak edəcək: «Bu forum Azərbaycan biznesmenlərinə Hindistanla əlaqələri inkişaf etdirmələri üçün yaxşı imkan yaradacaq».

D.Şou Hindistanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR