Bank Of Baku

Sumqayıtda istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət üzrə ictimai komissiya reydlər keçirib

Sumqayıtda istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət üzrə ictimai komissiya reydlər keçirib
# 28 iyul 2010 12:51 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət məqsədilə yaradılmış ictimai komissiya satış obyektlərində reydlər keçirib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «APA-Economics»ə verilən məlumata görə, reydlər zamanı bir çox obyektlərdə nöqsanlar aşkar edilib. Vaxtı keçmiş məhsullar aşkar olunaraq satışdan yığışdırılıb. Komissiya üzvlərinin iştirakı ilə şəhərin topdansatış və pərakəndə ticarət obyektlərindən vaxtı keçmiş, ev şəraitində hazırlanmış ümumilikdə çəkisi 225 kq olan 62 adda ərzaq və uşaq yeməkləri məişət tullantıları poliqonunda yandırılaraq məhv edilib.

İctimai komissiya tərəfindən reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR