Bank Of Baku

Şamaxıda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib

Şamaxıda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib
# 28 iyul 2010 13:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şamaxı rayonunda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri və Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbir çərçivəsində «Mövcud və yeni ixrac bazarları, onlara çıxış imkanları» və «Elektron ticarət və onun sahibkarlıq fəaliyyətinin inkişafında rolu» mövzularında məruzələr dinlənilib. Həmçinin www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilib.

Tədbirdə Avropa İttifaqı ölkələrinə ixrac imkanları, İttifaqın «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramının (GSP+) əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR