Bank Of Baku

«Fərid» şirkəti 4 min manat cərimə olunub

«Fərid» şirkəti 4 min manat cərimə olunub
# 29 iyul 2010 08:29 (UTC +04:00)
Bakı – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhərinin Xətai rayonu, A.Cəlilov küçəsi,23 ünvanında yerləşən «Fərid» şirkətində araşdırma aparıblar.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, müxtəlif adda ərzaq məhsullarının idxalı ilə məşğul olan «Fərid» şirkətində aparılan araşdırma məhsulların saxlanması və satışı zamanı standartların tələblərinə, keyfiyyət və təhlükəsizliyinə, metroloji norma və qaydalara riayət olunması məsələlərini əhatə edib. Nəticədə, müəssisənin nümayəndəsi tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub, inzibati xəta haqqında protokol tərtib edilərək, 4 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR