Bank Of Baku

Payızda Türkiyə-Naxçıvan biznes-forumu keçiriləcək

Payızda Türkiyə-Naxçıvan biznes-forumu keçiriləcək
# 29 iyul 2010 09:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin sentyabr-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında Türkiyə-Naxçıvan biznes-forumunun keçirilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda bildirib.

Naxçıvanın Türkiyə üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Z.Çağlayanın sözlərinə görə, Türkiyə şirkətləri Naxçıvanla əlaqələrə böyük önəm verir.

«Türkiyə Naxçıvanın inkişafı üçün əlindən gələni edir. Türkiyə ərazisindən Muxtar Respublikaya çəkiləcək 200 km uzunluğunda qaz boru xətti Naxçıvanın enerji təchizatında əhəmiyyətli rol oynayacaq», - deyə dövlət naziri əlavə edib.

Z.Çağlayan hazırda Türkiyə və Naxçıvan sərhədindəki Sədərək və Dilucu gömrük keçid məntəqələrinin 24 saat fəaliyyətinin təmin olunması istiqamətində işlərin aparıldığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR