Bank Of Baku

Azərbaycanda daha bir duz istehsalçısı cərimələnib

Azərbaycanda daha bir duz istehsalçısı cərimələnib
# 29 iyul 2010 11:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Abşeron rayonunun Novxanı kəndində yerləşən «Kristal-N» firmasında duz istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Komitənin dövlət nəzarəti aparılması barədə müvafiq sərəncamına əsasən «Kristal-N» firmasında istehsal zamanı müəssisə rəhbərliyi tərəfindən mövcud qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. Bu və aşkar olunmuş digər nöqsanlarla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib olunub, müəssisəyə cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR