Bank Of Baku

Azərbaycan və Türkiyə iqtisadi problemlərin həlli üçün Ortaq Fəaliyyət Qrupu yaradacaq

Azərbaycan və Türkiyə iqtisadi problemlərin həlli üçün Ortaq Fəaliyyət Qrupu yaradacaq
# 29 iyul 2010 15:23 (UTC +04:00)
«APA-Economics»in bildirdiyinə görə, bunu Bakıda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan məlumat verib.

Z.Çağlayanın sözlərinə görə, bununla bağlı azərbaycanlı həmkarı, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşündə razılıq əldə olunub. Fəaliyyət Qrupunun alt komitələrinə isə nazir müavinləri rəhbərlik edəcəklər.

«Ortaq Fəaliyyət Qrupu hər iki tərəfdən problemləri öyrənəcək. Görüşlərdə bu məsələlər müzakirə olunacaq və müvafiq işlər yerinə yetiriləcək», - deyə türkiyəli nazir vurğulayıb.

Z.Çağlayan qeyd edib ki, Ortaq Fəaliyyət Qrupunun ilk iclasının bu ilin noyabr və ya dekabr aylarında İstanbulda keçirilməsi planlaşdırılır. Toplantı İstanbulda Türkiyə-Azərbaycan biznes-forumu çərçivəsində baş tutacaq. Digər iclasların isə növbəli olaraq Azərbaycanda və Türkiyədə keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR