Bank Of Baku

Azərbaycanın müxtəlif şəhər və rayonlarında reydlər zamanı 400 kq-dək yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın müxtəlif şəhər və rayonlarında reydlər zamanı 400 kq-dək yararsız ərzaq məhsulları aşkarlanıb
# 29 iyul 2010 15:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakı şəhərində və Azərbaycanın rayonlarında keçirdiyi növbəti monitorinqlər zamanı bir sıra ticarət obyektlərində keyfiyyətsiz məhsulların satışı aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhəri Səbail rayonunda «Çinar market», «Xəzər market», «Proqress market», Xətai rayonunda «Lider market», «Eleqant market», «Hobby market», «Rövşən market», «Orxan market», «Rəşad market», «Abşeron» kafesi, «Bakı market», Yasamal rayonunda «Okean market», «Rəşad market», Şərifzadə küçəsi,75 ünvanında Mətanət Məmmədovaya məxsus mağazada, Nizami rayonunda «Real market» və «Ruslan-93 market»də, Qəbələdə Mehparə Rizvanovaya məxsus mağazada, Ağdaşda Elçin Vəliyev, Çingiz Cəbrayılov və Səxavət Salehova məxsus mağazalarda, Xaçmazın Müqtədir qəsəbəsində Qalib Hafizova məxsus mağazada və Gəncə şəhərində yerləşən «Kəpəz market»də ümumi çəkisi 360 kq-dan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, uşaq yeməkləri, pivə və s. aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Nazirlik bildirir ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR