Bank Of Baku

Bakıda «sabun köpüyü» şousu keçiriləcək

Bakıda «sabun köpüyü» şousu keçiriləcək
# 30 iyul 2010 12:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Baltika-Bakı» şirkəti «Xırdalanla unudulmaz yay» aksiyası çərçivəsində festival keçirəcək. Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, avqustun 8-də Şıx qəsəbəsindəki «1001 gecə» çimərliyində keçiriləcək festivalda «Qala» qrupunun, repçi Elşad Xosenin, müğənni Məryəm və Röyanın çıxışları olacaq. Həmçinin, müxtəlif yarışmalar və lotereyalar, axşam isə «sabun köpüyü» şousu və diskoteka təşkil olunacaq. Qeyd edək ki, «sabun köpüyü» şousu Moskvadan gələn mütəxəssislərin təşkilatçılığı keçiriləcək.

«Pivovarennaya kompaniya «Baltika» ASC 1996-cı ildən Rusiyanın pivə bazarında liderdir. «Baltika» brendi Avropada satış həcminə görə birinci yerdə dayanır. Şirkətin Rusiyanın 10 şəhərində və Azərbaycanda zavodu var. «Baltika» məhsulları dünyanın 50 ölkəsində satılır, Rusiya üzrə ixrac edilən pivənin 70%-i «Baltika»nın payına düşür.

Şirkət 2008-ci ilin may ayında «Brasseries Internationales Holding (Eastern) Ltd.» şirkətindən Xırdalan Pivə Zavodunu alıb. Zavod 2009-cu ilin əvvəlindən etibarən adını dəyişərək «Baltika-Bakı» olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR