Bank Of Baku

Masallıda sahibkarlara 340 min manat güzəştli kreditlər verilib

Masallıda sahibkarlara 340 min manat güzəştli kreditlər verilib
# 30 iyul 2010 13:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev. APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu iyulun 30-da Masallı rayonunda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbirini keçirib. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 200-dən artıq sahibkar iştirak edib.

Tədbirdə Fondun icraçı direktoru Şirzad Abdullayev SKMF-in fəaliyyəti barədə təqdimatla çıxış edərək müasir standartlara cavab verən kiçik və orta həcmli meyvə emalı müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbuluna başlandığını bildirərək sahibkarları bu sahədə fəallığa dəvət edib.

Tədbir çərçivəsində Fondun güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilib.

Bundan başqa, müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 29 sahibkarlıq subyektinə 340 min manatdan çox güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR