Bank Of Baku

Çörək istehsal edən «Sərham» MMC-də araşdırma aparılıb

Çörək istehsal edən «Sərham» MMC-də araşdırma aparılıb
# 30 iyul 2010 14:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Bakı şəhərində yerləşən və çörək istehsal edən «Sərham» MMC-də araşdırma aparıb.

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, aparılan araşdırma zamanı Komitənin sınaq mərkəzinə təqdim olunmuş nümunələrin analizləri həyata keçirilib. Müəssisədə istehsal olunan əla növ buğda unundan hazırlanan çörək keyfiyyət göstəricilərinə görə normativ sənədin tələblərinə uyğun olub. Müəssisədə istifadə olunan xammallarla bağlı çatışmazlıqlar aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR