Bank Of Baku

«Bizim market»də vaxtı keçmiş ərzaq məhsulları aşkarlanıb

«Bizim market»də vaxtı keçmiş ərzaq məhsulları aşkarlanıb
# 02 avqust 2010 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı bir sıra ticarət obyektlərində nöqsanlar aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Keçirilən monitorinq zamanı Bakı şəhərinin Xətai rayonunda «Bizim market», «Uğur market», «VİP market», «Ceyhun market», fiziki şəxs Suğra Əliyevaya məxsus mağaza, «Ulduz market», «Savalan market», «Azər market», «İnci supermarket», Ağdaş rayonunda Güvəkənd kəndində Natiq Adilova məxsus mağazada, Mingəçevir şəhərində «Samir Arazlı market»də, Quba rayonu Barlı kəndində Mirkərim Hüseynova məxsus mağazada, Zaqatala şəhərində «Gülnar» mağazasında və Sevinc Atayevaya məxsus mağazada ümumi çəkisi 342 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, sərinləşdirici içkilər, meyvə şirələri, pivə, uşaq yeməkləri və s. aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR