Bank Of Baku

Şamaxıda Azərbaycanın ÜTT-yə üzvlüyü mövzusunda seminar keçirilib

Şamaxıda Azərbaycanın ÜTT-yə üzvlüyü mövzusunda seminar keçirilib
# 04 avqust 2010 07:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə Şamaxı rayonunda «Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı» çərçivəsində sahibkarlar üçün «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və özəl sektor» mövzusunda növbəti seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə sahibkarlarla yanaşı Nazirliyin və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov, USAID-in nümayəndəsi və ekspertlər ÜTT-yə üzvlük prosesi, bu sahədə sahibkarların vəzifələri haqqında məlumat veriblər.

Xatırladaq ki, analoji seminarlar bundan əvvəl Zaqatala, Mingəçevir və Qubada keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR