Bank Of Baku

Horadizdə «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib

Horadizdə «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib
# 04 avqust 2010 10:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri və Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Nazirliyin əməkdaşları tədbir iştirakçılarına dövlət proqramlarında ixrac siyasəti, ixracın təşkili və idarə edilməsində biznes tədrisinin əhəmiyyəti və elektron ticarətin sahibkarlıq fəaliyyətinin inkişafında rolu barədə məruzələrlə çıxış ediblər. Həmçinin, Bakı Biznes Tədris Mərkəzinin sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində gördüyü işlər barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR