Bank Of Baku

Azərbaycan xaricdə sahibkarlıq fəaliyyəti göstərən yerli iş adamlarına yardım edəcək

Azərbaycan xaricdə sahibkarlıq fəaliyyəti göstərən yerli iş adamlarına yardım edəcək
# 04 avqust 2010 14:05 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, artıq Azərbaycanın bir sıra şirkətləri xarici ölkələrdə uğurlu layihələr reallaşdırır. Bununla belə, daxil olan məlumatlara əsasən, bəzi hallarda Azərbaycan iş adamları sahibkarlıq fəaliyyəti həyata keçirdikləri xarici ölkələrdə müəyyən problemlərlə üzləşirlər. İqtisadi İnkişaf Nazirliyi bildirir ki, iş adamları xarici ölkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemlərin həllində dəstək göstərilməsi üçün Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinə (ünvan: Bakı şəhəri, Xəqani küçəsi, 36, əlaqə telefonu: +99412 493-39-43, faks: +99412 493-04-27, e-mail: [email protected]), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) (ünvan: Bakı şəhəri, H.Abdullayev küçəsi, 11, əlaqə telefonları: +99412 598-01-47/48/49, e-mail: [email protected]) və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR