Bank Of Baku

Azərbaycanda daha 600 kq-a yaxın yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanda daha 600 kq-a yaxın yararsız ərzaq məhsulları aşkarlanıb
# 05 avqust 2010 13:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərində və rayonlarda növbəti monitorinqlər keçirilib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqlər zamanı Bakı şəhərinin Binaqədi rayonunda fiziki şəxs Qaya Bəşirova məxsus mağazada, «Cavid market», «Jalə market», fiziki şəxs Səməd Süleymanova məxsus mağazada, «Mehriban market», Nizami rayonunda «Ağ market», «NV market», «Könül market», fiziki şəxs Səbirə Şükürovaya məxsus mağazada, «Hakan Foods» MMC-yə məxsus soyuducu anbarlarda, Yasamal rayonunda «Yeni Dünya» supermarketində, Xaçmaz rayonunun Xudat şəhərində Elsevər Yarəhmədova məxsus mağazada, Kürdəmir rayonunda Şamil İsmayılova, Tahir Məmmədova və Arif İsmayılova məxsus mağazalarda, Tərtər rayonunda Vasif Rüstəmova məxsus mağazada, Gəncə şəhərində Arzuman Məmmədova məxsus mağazada və «Cavid market»də, Zaqatala rayonunun Yuxarı Tala kəndində Fərid Əsgərova məxsus mağazada ümumi çəkisi 579 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə, uşaq yeməkləri və s. aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR