Bank Of Baku

Daha bir türk şirkəti Azərbaycanda filial açıb

Daha bir türk şirkəti Azərbaycanda filial açıb
# 06 avqust 2010 08:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «İmparator Metal və Qida Sanayi-Ticaret» şirkətinin Azərbaycanda filialı açılıb. «APA-Economics»in məlumatına görə, filial iyul ayında Azərbaycan Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə qeydiyyata alınıb.

Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi,21A ünvanında yerləşən şirkətin qanuni təmsilçisi Hurşit Şimşekdir.

Qeyd edək ki, 1984-cü ildə Türkiyənin Konya şəhərində fəaliyyətə başlayan şirkət 1993-cü ildən «İmparator Metal» adıyla külçə alüminium istehsalına başlayıb. Hazırda şirkət metal sənayesi ilə yanaşı qida sənayesi sahəsində də fəaliyyətini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR