Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi son bir ildə 8% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi son bir ildə 8% artıb
# 06 avqust 2010 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2010-cu ilin yanvar-iyul ayları ərzində əhali istehlak bazarından 7,3 mlrd. manatlıq istehlak malları alıb və 2,4 mlrd. manatlıq pullu xidmətlərdən istifadə edib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Xəbərə əsasən, ötən ilin yeddi ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4% artıb, o cümlədən ərzaq məhsullarının satışında artım 7,5%, qeyri-ərzaq malları üzrə 11,3% təşkil edib. Pullu xidmətlərin həcmi isə illik müqayisədə 10,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR