Bank Of Baku

Azərbaycan bazarında daha 600 kq yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycan bazarında daha 600 kq yararsız ərzaq məhsulları aşkarlanıb
# 09 avqust 2010 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərində və rayonlarda yerləşən ticarət obyektlərində monitorinqlər keçirilib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan monitorinqlər zamanı Binəqədi rayonunda yerləşən «Xəzər market»də, «Qasım market»də, «Qrand market»də, «Nursel market»də, «İstanbul market»də, Novxanı qəsəbəsində yerləşən «Everest market», «Fərid market», «Vasif market», «RM supermarket»də, «Murad market»də, Kürdəmir rayonunda Mahir Ağamoğlanova məxsus mağazada, Gəncə şəhərində Nizami Hüseynova məxsus mağazada, Şəki şəhərində Naizar Hüseynovaya məxsus mağazada və «Ruslan market»də, Siyəzən rayonunda Namiq Əliyevə məxsus mağazada ümumi çəkisi 600 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunaraq satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR