Bank Of Baku

Bakıda Azərbaycanın investisiya və ixrac imkanlarının təqdimatı keçirilib

Bakıda Azərbaycanın investisiya və ixrac imkanlarının təqdimatı keçirilib
# 09 avqust 2010 15:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Avqustun 9-da Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən ölkənin investisiya və ixrac imkanlarının təqdimatı keçirilib.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçura, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Pakistanın ölkəmizdəki səfiri Əbdül Həmid iştirak ediblər.

Təqdimatdan əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə Azpromo-nun prezidenti Adil Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları, Azpromo-nun fəaliyyəti, yerli ixracatçılar və xarici investorlar üçün qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda yernidilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkədə əlverişli biznes və investisiya mühiti yaradılıb, ixrac imkanları genişləndirilib.

Təqdimatda BMT-nin iqtisadi qurumları ilə əlaqələrin inkişafı, xarici investorların Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində həmçinin Azərbaycan haqqında film nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR