Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi: «Aysu» şirkəti düzgün olmayan məlumatlarla istehlakçıları çaşdırır

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi: «Aysu» şirkəti düzgün olmayan məlumatlarla istehlakçıları çaşdırır
# 10 avqust 2010 09:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi «Aysu Qida Sənaye Ltd.» MMC-də aparılan yoxlamaların nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Sumqayıt şosesi, 13-cü km-də yerləşən «Aysu Qida Sənaye Ltd.» MMC-də aparılan yoxlama zamanı müəssisənin anbarındakı məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş «Aysu» əmtəə nişanlı şəkərli sərinləşdirici içkilərin etiketlərində məhsulun tərkibi barəsində düzgün olmayan məlumatların yerləşdirildiyi, bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi müəyyənləşdirilib. Belə ki, müəssisədə istehsal edilmiş «Aysu» əmtəə nişanlı qazlı limon, albalı və şaftalı içkilərinin, «Aysu» əmtəə nişanlı kvasın, «Frutta» adlı qazlı tərxun, düşes və portağal aromalı içkilərin etiketlərində məhsulun tərkibində şəkər olduğu göstərilsə də, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində həmin məhsulların şəkər əvəzedicisi ilə hazırlandığı müəyyən olunub.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti «Aysu Qida Sənaye Ltd.» MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR