Bank Of Baku

Azərbaycanda 9 min litr «Golden Graal» brendli alkoqolsuz içki məhv edilib

Azərbaycanda 9 min litr «Golden Graal» brendli alkoqolsuz içki məhv edilib
# 11 avqust 2010 12:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Məhəmmədli qəsəbəsində fəaliyyət göstərən Rauf Novruzova məxsus sərinləşdirici içki istehsalı sahəsində aparılan yoxlama zamanı anbarda satışı dayandırılmış sular məhv edilib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, anbarda satışı dayandırılmış «Golden Graal» adlı 8,5 min litr limonad, nektar, şirə və qazlı suların, habelə mənşəyi bəlli olmayan 0,5 min litr saxta qazsız suların məhv edilməsi barədə Rauf Novruzova icrası məcburi göstəriş verilib. Qeyd olunan göstərişin icrası ilə əlaqədar, 9 min litr limonad, nektar, şirə və qazlı sular Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Rauf Novruzov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR