Bank Of Baku

Azərbaycanın ticarət şəbəkəsində daha 700 kq yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın ticarət şəbəkəsində daha 700 kq yararsız ərzaq məhsulları aşkarlanıb
# 12 avqust 2010 14:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhərində və rayonlarda növbəti monitorinqini keçirib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında qeyd olunub ki, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən «2002 market»də, «Prestij market»də, «Okean market»də, «Araz market»də, «Moskva market»də, «Göyçay market»də, Yasamal rayonunda «Ser market»də, «Əfras market»də, «Fidania market»də, Sabunçu rayonunda «Xəzər market»də, «Lider market»də, «Zirvə market»də, «Yaşıl market»də, «Makro market»də, «Qahab market»də, «Universal market»də, «Min bir gecə market»də, Kürdəmir rayonunda Füzuli Məmmədova məxsus mağazada, Tərtər rayonunda Şahmar İbrahimova, İmişli rayonunda Məhərrəm Ağaməmmədov, Yəhya Mürsəlova, Vilayət Nağıyevə, Səftər Məmmədova, Xaçmaz rayonunda Şahin Qeybullayevə, Masallı şəhərində İqbal Əliyevə məxsus mağazalarda ümumi çəkisi 716 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, balıq və digər dəniz məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR