Bank Of Baku

Yardımlıda keçirilən biznes-forumda yerli iş adamlarına 300 min manat kredit paylanıb

Yardımlıda keçirilən biznes-forumda yerli iş adamlarına 300 min manat kredit paylanıb
# 13 avqust 2010 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Yardımlı rayonunda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. SKMF-in fəaliyyəti ilə bağlı təqdimatla çıxış edən Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Azərbaycan prezidentinin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2009-2013-cü illər) uyğun olaraq, müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (üzüm, ərik, şaftalı, gavalı, albalı, gilas, xurma, alma, armud, tut və s. meyvələrin qurudulması və ya konservləşdirilməsi, o cümlədən mürəbbə, marinad, cem, jele və s.) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbuluna başlanıb.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Yardımlı və ətraf rayonlarda fəaliyyət göstərən 28 sahibkarlıq subyektinə 300 min manat məbləğində güzəştli kredit verilib. Bu kreditlər hesabına 82 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsində sahibkarlar üçün treninq də keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması və sahibkarlar tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsi qaydaları izah olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR