Bank Of Baku

Gəncədə «Qərb Azərbaycan İnfrastrukturu» sərgisi keçiriləcək

Gəncədə «Qərb Azərbaycan İnfrastrukturu» sərgisi keçiriləcək
# 17 avqust 2010 11:41 (UTC +04:00)
«Iteca Caspian»dan «APA-Economics»ə verilən məlumata görə, sərgidə təxminən 30 şirkət iştirak edəcək ki, bunuların da əksəriyyətini bölgələrdə öz biznesini genişləndirmək arzusu olan yerli şirkətlər təşkil edir. Sərgi qida sənayesi, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, energetika, inşaat, banklar və sığorta, nəqliyyat, infrastruktur, xidmətlər kimi sahələri əhatə edəcək. Sərgidə əsas üstünlük sənayenin kənd təsərrüfatı və yeyinti kimi sektorlarına veriləcək. Tədbirdə həmçinin santexnika, avadanlıqlar, interyer, inşaat materialları, pəncərə və qapılar, keramika və bəzək-naxış daşları, istilik və ventilyasiya, döşəmələr, işıqlandırma, yaşıllaşdırma, sauna və hovuzlar kimi bölmələr də nümayiş olunacaq.

Eyni zamanda, sərgidə Rusiya, Ukrayna, Belarus və Gürcüstan kimi ölkələrin də nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, sərgiyə Gəncə şəhər İcra hakimiyyəti, Azərbaycan Sahibkarlar Konfederasiyası və Gəncə Sahibkarlar Assosiasiyası tərəfindən dəstək verilir. Sərginin tərəfdaşları qismində isə «Paşa Sığorta», «Azerfon-Vodafone», «Caspel», «SIAR» və «Greenwich Travel» şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR