Bank Of Baku

Azərbaycanda sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan fiziki şəxs cərimələnib

Azərbaycanda sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan fiziki şəxs cərimələnib
# 18 avqust 2010 15:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan fiziki şəxs cərimələnib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Golden Graal” sərinləşdirici içkilərinin istehsalı ilə məşğul olan Rauf Novruzov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun 9-cu maddəsinin tələblərini pozduğuna görə Rauf Novruzova 9,9 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR