Bank Of Baku

Azərbaycanda daha 5,7 ton duz satışdan çıxarılıb

Azərbaycanda daha 5,7 ton duz satışdan çıxarılıb
# 20 avqust 2010 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda daha 5,7 ton duzun satışına qadağa qoyulub.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı üzərində Türkiyənin «Rafine Billur Tuz Sanayi A.Ş» tərəfindən istehsal edildiyi göstərilən «Billur Tuz» yodlu süfrə duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.

Aparılmış araşdırmalar nəticəsində bu duzun idxalçısının «ŞAM-Fİ International Traiding Company» MMC olduğu müəyyən edilib və müəssisənin anbarında olan məhsuldan nümunə götürülərək laborator müayinəyə göndərilib. Anbardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində polietilen qablaşdırmada olan 1,5 kq-lıq və 750 q-lıq, plastmas qablaşdırmada olan 0,5 kq-lıq, dəmir qablaşdırmada olan 0,5 kq-lıq «Billur Tuz» yodlu süfrə duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar anbarda olan 5,7 ton duzun satışının dayandırılması və bu duzların ticarət şəbəkəsindən geri yığılması barədə Dövlət Xidməti tərəfindən «ŞAM-Fİ International Traiding Company» MMC-yə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR