Bank Of Baku

Bakıda «Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması» mövzusunda treninqin yekunlarına həsr olunmuş tədbir keçirilib

Bakıda «Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması» mövzusunda treninqin yekunlarına həsr olunmuş tədbir keçirilib
# 20 avqust 2010 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) «Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı» çərçivəsində Bakıda «Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması» mövzusunda treninqin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Fəxri Həsənov institutun elmi potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu istiqamətdə beynəlxalq təşkilatların dəstəyi ilə mütəmadi olaraq makroiqtisadi biliklərin təkmilləşdirilməsi sahəsində treninq və seminarların keçirildiyini qeyd edərək bildirib ki, avqustun 9-dan 20-dək USAID-in «Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı» çərçivəsində keçirilmiş treninqin əsas məqsədi makroiqtisadi modelləşdirmə, təhlil və proqnozlaşdırma sahəsində institutun elmi potensialını daha da artırmaq olub. F.Həsənov treninqin institutun əməkdaşlarının bilik və bacarıqlarının daha da yüksəldilməsində faydalı olacağına əminliyini vurğulayıb, gələcəkdə də belə tədbirlərin davam etdiriləcəyini bildirib.

USAID-in Dövlət Xərcləmələri Komponentinin layihə rəhbəri Dipak Kapur və təlim koordinatoru Səbirə Şıxəliyeva isə çıxışlarında iqtisadi tədbirlərin elmi əsaslarının işlənməsini həyata keçirən qurum kimi institutun fəaliyyətinin əhəmiyyətli olduğunu vurğulayıb, USAID-in proqramları, o cümlədən «Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı» çərçivəsində görülən tədbirlər və həyata keçiriləcək layihələr barədə məlumat veriblər.

ABŞ-ın Hyuston və Mərilənd universitetlərinin professoru Miç Moxtari isə Azərbaycan iqtisadiyyatının ildən-ilə gücləndiyini vurğulayıb, bu inkişafın dayanıqlı olması baxımından makroiqtisadi tarazlıq modellərinin tətbiqi və bu sahədə kadrların hazırlanmasının əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, tədbirin sonunda təlimi uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR