Bank Of Baku

Çində iqtisadi cinayətlərə görə ölüm hökmü ləğv ediləcək

Çində iqtisadi cinayətlərə görə ölüm hökmü ləğv ediləcək
# 23 avqust 2010 12:00 (UTC +04:00)
Bakı - APA-Economics. Çin Xalq Respublikasında iqtisadi cinayətlərə görə ölüm hökmü ləğv ediləcək.

APA-Economics”in “Associated Press” agentliyinə istinadən xəbərinə görə, Çin Cinayət Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər nəticəsində 13 maddə üzrə nəzərdə tutulan cinayətlərə görə daha edam cəzası verilməyəcək.

Dəyişiklik layihəsi artıq parlamentə təqdim olunub, amma onların nə zaman qəbul olunacağı bilinmir. Parlamentin rəsmi saytında sənədin müzakirəyə qəbul edilməsi təsdiqlənib.

Çinin “Sinxua” agentliyinin məlumatına görə, cəzası yüngülləşdirilən cinayətlər sırasında fırıldaqçılıq, vergilərdən yayınma, əntiq əşyaların və qiymətli metalların xaricə aparılması da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR