Bank Of Baku

Naftalanda «Sahibkarlığın inkişafında işgüzar əlaqələrin rolu» mövzusunda treninq keçirilib

Naftalanda «Sahibkarlığın inkişafında işgüzar əlaqələrin rolu» mövzusunda treninq keçirilib
# 23 avqust 2010 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Naftalanda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün «Sahibkarlığın inkişafında işgüzar əlaqələrin rolu» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Naftalan şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, eləcə də 15-dən çox sahibkar iştirak edib.

Treninqdə yüksək keyfiyyətli məhsul istehsalı və satışın təmin edilməsi üçün işgüzar əlaqələrin qurulması, davranışın tənzimlənməsi, etik prinsiplər və normalar, korporativ etika kodeksləri və s. barədə sahibkarlara ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR