Bank Of Baku

Azərbaycan bazarında daha 170 kq yararsız ərzaq məhsulları və 2,4 ton sement aşkarlanıb

Azərbaycan bazarında daha 170 kq yararsız ərzaq məhsulları və 2,4 ton sement aşkarlanıb
# 23 avqust 2010 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1595-ci keçiddə yerləşən «Orxan market»də, 1594-cü keçiddə yerləşən «Orxan market»də və Güloğlan Həsənova məxsus mağazada, B.Niftəliyev küçəsində Nərminə İsayevaya məxsus mağazada, 28 May küçəsində Nəriman İsmayılova məxsus mağazada, İ.Nəbiyev küçəsində yerləşən «Xan bağı market»də, 1596-cı keçiddə yerləşən «Amil market»də və Vaqif Dadaşova məxsus mağazada, Ticarət cərgəsində yerləşən «Rza market»də, Gəncə şəhərində D.Qorqud və «Azərbaycan əsgəri» küçələrində Gəncə şəhər Kooperativ Cəmiyyətinə məxsus mağazalarda, Tərtər rayonunda H.Əliyev prospektində Aygün İmanovaya məxsus mağazada, ümumi çəkisi 170 kq olan saxlama müddəti ötmüş ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Dövlət Xidməti tərəfindən həmçinin tikinti materialları bazarında da nəzarət tədbirləri davam etdirilir. Sözügedən tədbirlər zamanı Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Ağasəf Kazımova məxsus tikinti materialları mağazalarında aparılan yoxlama zamanı 2,4 ton normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan sement aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR